Mahaçqalada iğtişaş: 201 nəfər saxlanıldı

00:26 - 6 Noyabr 2023 - GÜNDƏM

 Mahaçqalada iğtişaş: 201 nəfər saxlanıldı

Mahaçqala hava limanında iğtişaşlara görə polis əməkdaşları tərəfindən 201 nəfər saxlanılıb, onlara qarşı 155 protokol tərtib edilib.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin rəisi Sergey Baçurin deyib.

"Polis əməkdaşları Mahaçqala hava limanında qanunsuz aksiyalarda iştirak edən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirləri davam etdirirlər. Polis ictimai asayişi pozduqlarına görə 201 vətəndaşı saxlayıb, onlardan 155-nə protokol tərtib edilib",- o bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl bir qrup etirazçı İsrail təyyarələnin hava limanın etiraz olaraq uçuş zolağını zəbt etmişdilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol