Kişilər çox zaman onlar üçün vacib testosteron hormonunda dəyişiklikləri vaxtında aşkar etmirlər və həyat enerjisi söndükdən sonra həkim axtarışına çıxırlar.
BUTA.TV xəbər verir ki, uroloq Dmitriy Zelenin hansı hallarda kişinin yubanmadan həkimə getməli olduğunu açıqlayıb. "Kişidə normal testosteron səviyyəsi həyat enerjisiə, güclü immun sistemi, ürək-damar sisteminin profilaktikası, eləcə də uğurlu intim həyat deməkdir.
Əgər kişi özündə cinsi zəiflik, orqazm problemi, sonsuzluq, kökəlmə, piylənmə, saç tökülməsi varsa, yuxusuzluq, yorğunluq, gücün azalması hiss edirsə, yubatmadan, endokrinoloq, uroloq-androloqa müraciət etməlidir.
Çünki təkcə cins zəifliyin olması və normal cinsi əlaqənin olmaması kişinin ömrünü qısaldır.
Əlbəttə ki, günahkar təkcə testosteron deyil. Kişilərdə şəkər, təzyiq, damar tutulması və s. də ola bilər. Bunlar bir-biri ilə bağlıdır.
Ona görə yuxarıdakı əlamətlər varsa, mütləq yoxlanmalısız ki, bu xəstəliklər də inkar və ya təsdiq olunsun".
- Bakı və Əbu-Dabi şəhərləri qardaşlaşa bilər
- İlham Əliyev BƏƏ prezidenti ilə görüşdü
- Rus əsgərlər ərzaq tapmır: Bayquş yeyirlər - VİDEO
- 67 yaşında özünə toy edən general gənclərə nümunədir
- Rövşən Pənahlı da işdən çıxarıldı
- Azərbaycanlı prezidentin oğlundan xalqa ümid mesajı
- Trenddən düşməyən “nihilist pinqvin”lə bağlı izah - Video
- Vahid Ələkbərovun sərvəti açıqlandı