Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən “Qarabağ” Futbol Klubunun növbəti matçı ilə əlaqədar noyabrın 9-dan 10-na keçən gecə “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.
Onun sözlərinə görə, bununla bağlı quruma “Qarabağ Futbol Klubu” MMC Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) vasitəsilə metroya müraciət edib:
“Müraciətdə deyilirdi ki, qarşılaşma gecə saatlarında başa çatacaq. Bunu nəzərə alaraq, noyabrın 9-dan 10-na keçən gecə metronun iş vaxtı bir saat uzadılacaq. Paytaxtımızda təşkil edilən kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gecə saatlarında arenadan çıxaraq metropolitenə daxil olacaq sərnişinlərin mənzil başına rahat çatması üçün bütün stansiyalar saat 01:00-a qədər girişə açıq olacaq”.
“Bundan əlavə, matça azarkeş marağı, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. “Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq edilməklə, nəzarət mexanizmləri artırılacaq. Stansiyaya əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli tərtib olunacaq. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov” stansiyalarında da həyata keçiriləcək. Ümumilikdə, gün ərzində bütün stansiyalarda qatarlar payız-qış iş rejiminin istirahət günləri qrafikinə uyğun hərəkət edəcək. Günün müxtəlif vaxtları üçün sərnişin axınının intensivliyi nəzərə alınmaqla, zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq”, – deyə H.Məmmədov əlavə edib.
- Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
- AK-dən antiazərbaycan qüvvələri ifşa edən cavab - Video
- 70 kq qızılla saxlanılan azərbaycanlı ilə bağlı yeni fakt
- Azərbaycanla birgə hərbi təlimlərimiz... - Vilayəti
- Ermənilərin Azərbaycana qarşı silahlı PUA təlimi - Video
- Duda İrəvanda Azərbaycandan danışdı
- Samirə Ermənistana buraxılmadı, Paşinyana mesaj verdi - Foto
- Kəşfiyyatçılar Moskvada bir araya gəldi