Sisi və Makron Qəzzadan danışdı, razılaşdı

00:42 - 8 Noyabr 2023 - GÜNDƏM

 Sisi və Makron Qəzzadan danışdı, razılaşdı

Misir Prezidenti Əbdülfəttah Sisi və fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı olub.

BUTA.TV xəbər verir ki, bu barədə Misirin rəsmi nümayəndələrinin məlumatında bildirilib.

Məlumata görə, prezidentlər Qəzza zolağında vəziyyəti cilovlamaq üçün diplomatik addımları müzakirə ediblər.
Bildirilib ki, Sisi atəşkəs üçün səylərin gücləndirilməsi və Qəzzaya humanitar yardımın çatdırılmasının asanlaşdırılmasının vacibliyini vurğulayıb.

Misir və Fransa prezidentləri Yaxın Şərqdə baş verən hadisələrlə bağlı məsləhətləşmələri və koordinasiyanı davam etdirmək və tərəfləri böhranın həlli yollarını tapmağa inandırmaq üçün işləmək barədə razılığa gəliblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol