İsrail prezidenti İsaak Hersoq İsrail- Fələstin münaqişəsində İsraili günahlandıran Ancelina Coliyə sərt reaksiya verib .
BUTA.TV xəbər verir ki, Hersoq Ancelina Colinin İsrail xalqına özünü müdafiə etmək hüququ vermədiyini bildirib. İsaak Hersoq Britaniya televiziyasında Piers Morqanın qonağı olub və Hollivud ulduzuna reaksiya verib. Colinin Qəzzaya hücumla bağlı tənqidlərinə tamamilə qarşı olduğunu deyən Hersoq, məşhur aktrisanın heç vaxt Fələstinə və İsrailə getmədiyini bildirib:
"Düşünürəm ki, o, heç vaxt Qəzzada olmayıb, heç vaxt da burada olmayıb. O, heç vaxt buradakı faktları görməyib.
Üzr istəyirəm, amma Qəzzada insanlar müharibə olduğunu bilirlər, lakin onların sağ qalmasına mane olacaq heç bir humanitar böhran yoxdur. Əksinə, Qəzzanın cənub hissəsində beynəlxalq ictimaiyyət və İsrail tərəfindən təhlükəsiz zona var ki, vətəndaşlar həmin əraziyə köçə və tam qayğı ilə əhatə oluna bilsinlər”.
- Çindəki paraddan görüntülər - Video
- Prezidentlər və xanımları ziyafətdə...
- Əliyevlə Pezeşkianın azərbaycanca səmimi dialoqu - Video
- İlham Əliyevlə Putin belə salamlaşdı - Video
- İlham Əliyev və xanımı Çində paradı izlədi
- Ərdoğan əlini buraxmadı, Pezeşkian isə farsca... - Video
- Putin Ukrayna ilə bağlı “güzəştini” elan etdi
- Əliyevin ŞƏT-də bu sözü Paşinyanı narahat etdi