Dünən ABŞ Dövlət Departamentinin nümayəndəsi ölkə Konqresində bildirib ki, Vaşinqton Azərbaycana təhlükəsizlik dəstəyini dayandırarsa, Amerikanın milli təhlükəsizlik maraqlarına zərər dəyməyəcək. Bir neçə saat sonra ABŞ Senatında müvafiq qanunvericilik aktı qəbul edildi. Yekdilliklə qərara alınıb ki, prezident 2025-ci ilə qədər 907-ci maddəyə istisnalar edə bilməz və Bakı bundan sonra Vaşinqtondan təhlükəsizlik yardımı almayacaq.
BUTA.TV xəbər verir ki, bunu Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru Suren Sərkisyan deyib.
“Təbii ki, bu yardım Azərbaycana Ermənistana və “artsaxa” qarşı deyil, İrana qarşı, xüsusən də Xəzər dənizi sərhədinin təhlükəsizliyini təmin etmək, həmçinin terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün edilib. Əslində, Bakının Ermənistana qarşı bu yardımdan istifadə etməsinə dair sübutlar azdır, Azərbaycanın buna haqqı yox idi. Ancaq görünən odur ki, Vaşinqtondan yüz milyonlarla dollar aldıqdan sonra Bakının öz sərbəst maliyyə resursları yaranırdı və təbii olaraq başqa istiqamətlərdə istifadə edirdi. Azərbaycanla bağlı administrasiya ilə Konqres arasında fundamental fikir ayrılığı yoxdur, lakin bu vəziyyət uzun sürməyəcək və bu arada Vaşinqtonda zəifləmiş mövqelərimizi gücləndirmək üçün maksimum səy göstərilməlidir. Erməni icması və təşkilatları bu istiqamətdə çox fəal işləyirlər”, - o bildirib.
- Agentlik sədri bu xanıma vəzifə verdi
- Kartla ödənişi qohuma etdiyimizi - Bank necə müəyyənləşdirəcək?
- Bu məlumatlar vergi orqanına ötürüləcək - Yeni qərar
- Nazirlikdən Bakı Qızlar Universiteti ilə bağlı açıqlama
- Avtonom PUA-ların istismarına dair tələblər... - İzah
- “Səsiniz olaq” xidmətindən 1000-dək şəxs faydalanıb
- Bakıda bu avtobuslar da yenilənir: Gediş haqqı...
- Müəllim olmaq istəyənlərin nəzərinə!