Son dörd il ərzində, demək olar ki, hər il aparılan islahatlar çərçivəsində həm minimum əməkhaqqının, həm minimum pensiyanın, müxtəlif sosial ödənişlərin, müavinətlərin və təqaüdlərin məbləğləri artırılıb. Bu məsələ müntəzəm şəkildə həm Maliyyə Nazirliyi, həm İqtisadiyyat Nazirliyində müzakirə olunur.
BUTA.TV xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib. O qeyd edib ki, hər büdcə ilinin imkanları çərçivəsində bu məsələlərə baxılır.
“İstisna deyil ki, növbəti il üçün də bu məsələlərə baxılacaq. O cümlədən, müharibə veteranlarına təqaüdün məbləğinin artırılması məsələləri müzakirə olunacaq. Lakin müharibə, veteranlarına verilən təqaüdün məbləğinin kommunal, nəqliyyat xərcləri ilə əlaqələndirilməsi məsələsini məqsədəuyğun hesab etmirik. Çünki 2019-cu ildə kommunal və nəqliyyat xərclərinə görə müavinət ləğv olunub, onun əvəzinə müharibə veteranlarına görə müharibə veteranlarına verilən təqaüd təsis olunub və məbləği 80 manatdır.
Amma yenə də biz kommunal xərclərlə bunun müqayisəsini aparmaq istəsək, Dövlət Statistika Komitəsinin 2022-ci il statistik məlumatına əsasən, istehlak xərclərinin tərkibində su, işıq, qaz və digər yanacaq növlərinə görə xərclər təxminən 27 manat 17 qəpik, nəqliyyat xərclərinə görə 21 manat 85 qəpik və rabitə xərclərinə görə 11 manat 20 qəpik, ümumilikdə isə bir nəfər üçün 60 manat 22 qəpik məbləğində müəyyən edilib ki, hazırkı təqaüdün məbləği də qeyd edilən xərci 33 faiz üstələyir”, - deyə o qeyd edib.
Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Dəhlizdə Azərbaycan vətəndaşı yoxlanacaq? - Paşinyan
- Polşaya hücum: Putin qurbağanı qaynatmağa başladı
- 16 yaşlı qız cinsi zorladılar, 4 nəfər həbs olundu
- Sabiqlərlə bağlı SENSASİYA: Azərbaycanı təhlükə gözləyir - Siyahıdakı adlar...
- Onlar son zamanlar 100 milyonluq əmlak satıblar... – İDDİA
- Rus dronları Polşaya qəsdən girib – Putinin məqsədi nədir?
- Manaf Ağayevin oğluna vəzifə verildi
- Onlar da polisin vəzifələrini icra edəcək