“Qadınlar ərlərindən qisas almaq üçün boşanmırlar, xəyanət edirlər” - Psixoloq

14:32 - 18 Noyabr 2023 - CƏMİYYƏT

 “Qadınlar ərlərindən qisas almaq üçün boşanmırlar, xəyanət edirlər” - Psixoloq

Son vaxtlar mətbuatda qadınların “Həyat yoldaşımın telefonuna baxmaram”, “Ailəmin xatirinə xəyanəti bağışlayaram”, “Ərimi başqa qadınla görsəm, gözümü yumaram” kimi açıqlamaları yayılır.

Bu tip açıqlamaları daha çox məşhur qadınların, şou-biznes nümayəndələrinin dilindən eşitməksə, cəmiyyətdə birmənalı qarşılanmır.  Bəziləri iddia edir ki, bu tip açıqlamalar qadınları qorxaq, müti saxlamağa xidmət edir və onlar zamanla xəyanəti normal qəbul edirlər. Bəs görəsən, qadınların bu cür düşünməsi nədən qaynaqlanır? Bu sevgisiz qurulan ailələrin problemidir, yoxsa altında başqa psixoloji məqamlar yatır? Mövzu ilə bağlı   danışan tanınmış psixoloq Gülnar Orucova hər bir halda, hər iki cinsin də xəyanətinin bağışlanmaz olduğunu deyib:

“Bizim cəmiyyət kişilərin xəyanətini normal qəbul edir. Sanki kişi elə xəyanət etməlidir. Niyə?! Bəzən deyirlər ki, poliqamdır, din deyir ki, 4 dəfə evliliyə icazə var və s. kimi əsaslar gətirilir.

Onlara 4 dəfə evliliyə icazə verilməyib ki, əxlaqsızlıq edin. O vaxt müharibələr olub, müharibədə qadınların həyat yoldaşları şəhid olub. Din ona görə kişilərə 4 dəfə evlənməyə icazə verib ki, sən sahibsiz bir qadına sahiblən.

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Bu da yenə birinci xanımının icazəsi olarsa, xanımları təmin edə biləcəksənsə, ailə qura bilərsən. Əgər bunu edə bilməyəcəksənsə, evlənə bilməzsən.

Bəzən efirə çıxıb deyirlər ki, 4 dəfə evlənməyə icazə var, xanımın xəyanəti bağışlanmazdı, kişininki isə bağışlana bilər. Biz niyə kişinin xəyanətini bağışlamalıyıq?”

O, ərinin xəyanətini bağışlayan qadınların bunu nə üçün etdiyini də açıqlayıb:

“Bəzi xanımlar kişinin xəyanətini bağışlayır, çünki onlar bilirlər ki, öz ayaqları üzərində dayanıb övladlarını maddi olaraq təmin edə bilməyəcəklər, sıxıntıları olacaq. O baxımdan yoldaşlarının xəyanətini bağışlaya bilirlər. Cəsarəti, özgüvəni, özünə hörmət hissi olan bir xanım kişinin xəyanətini bağışlamır. Xəyanət edildiyi anda qadın özünü alçalmış, digər qadından əskik görür, niyə mənim ərim onu seçdi düşüncəsi ilə yaşayır, içinə kin, nifrət kimi mənfi duyğular yığılır. O dildə “bağışladım” deyə bilər, amma daxildə əsla xəyanəti bağışlaya bilməz.

Bəzi qadınlar həyat yoldaşlarından qisas almaq məqsədilə ona xəyanət edirlər, boşanmırlar. Cəsarət odur ki. xəyanəti bildiyin an həmin insandan ayrılasan, münasibətə son verəsən. Çünki xəyanət bir dəfə oldusa, onun ardı gələcək. Sədaqət hər iki tərəf üçündür. Qeyrət, namus, sədaqət anlayışlarını təkcə qadına aid etmək doğru deyil”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol