Ağır oyun oldu. Oyunçularımdan razı qaldım. İnanıram ki, bundan sonra da belə davam edəcəyik.
BUTA.TV xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu Rusiyanın “Zenit” klubuna 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil edilən mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis bildirib ki, komandanın bir çox üzvü inkişaf edib. Əsasən də Reziuan Mirzov oyundan-oyuna daha yaxşı çıxış edir. O, bunu bu gün dubl etməklə sübuta yetirdi.
“Zenit” kimi güclü rəqibə qalib gəlib Premyer Liqa oyunlarında məğlub olmağın üzücü durum olduğunu söyləyən çalışdırıcı deyib:
“Bu vəziyyət bizə olduqca pis təsir edir. Çünki çempionat oyunlarına da eyni formada məşqlərlə hazırlaşırıq. Amma nəticə ürəkaçan olmur”.
A. Mutu bəzi futbolçuların komandaya hələ tam uyğunlaşmadığını vurğulayaraq bildirib:
“Yeni transfer olunan oyunçuların uyğunlaşma prosesi elə də asan deyil. Qapıçımız Rza Cəfərovun isə zədəsi hələ sağalmayıb. Ona görə görüşlərə çıxa bilmir. Açığı, bəzi çempionatlarda tələblər başqa olur, məğlubiyyətdən sonra tənqid çox olmur. Amma burada hər şey fərqlidir”.
- Həbs edilən şəbəkə haqda şok iddia: Elə yüklər daşınıb ki...
- Prezidentin ad günündən ailə - Fotosu
- Məhz indi Bəylər Əyyubovun bu açıqlaması trend oldu - Video
- İlham Əliyevdən xəbərdarlıq: Ayıq olmalıyıq...
- AZAL təyyarəsində həlak olanların xatirəsinə plitə ucaldıldı
- Prezidentin ayaq saxladığı pilləkənlərdə nə yazılıb? - Video
- ABŞ Qəzzada bunu bizə təklif etdi - Hacıyev
- Mişa doğru deyir: Hamının arzuladığı hər şeyə nail olan!