Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun əvvəlində Belarus Prezidenti Aleksandr Lukaşenko Kremlə etibar etmədiyi üçün Polşadan keçərək qaçmağı düşünürdü.
BUTA.TV xəbər verir ki, bunu polşalı jurnalist Zbiqnev Parafyanoviç "Polşa müharibədədir" (Polska na wojnie) kitabında yazıb.
Polşa rəsmiləri anonimlik şərti ilə jurnalistə bildiriblər ki, Rusiyanın Ukraynaya müdaxiləsinin ilk aylarında Varşava Belarusun mümkün müharibəyə daxil olmasından ciddi narahat olub:
"Polyaklar sadəcə narahatlıqla məhdudlaşmayıblar və Belarus ordusunun arxa cəbhəsində təxribat törətmək üçün Minskdə rejim əleyhinə diversiya qrupları göndərmək üçün ssenari hazırlamağa başlayıblar. Lukaşenkonun özü o zaman o qədər qorxub ki, hətta müxtəlif kanallar vasitəsilə Varşavaya onun sərhədi keçib ən yaxın Polşa hava limanından uçmasına icazə verilib-verilməyəcəyi ilə bağlı sorğular göndərməyə başlayıb. O, yaxşı bilirdi ki, müharibə onlar üçün pis ssenari üzrə getsə, ruslar Batyanın Belarus hava məkanından uçmasına icazə verməyəcəklər".
- İrandan İrəvana uçuşlar ləğv edildi
- Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı
- Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi
- Ermənistan 2026-da Ordumuza bu şansı versə...
- Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi
- Əpl yeni cihazını təqdim etdi - Foto
- Ərdoğan Ermənistana 10 milyon dollar yardım edib?
- Rusiya Cənubi Qafqazda təsirini belə itirir - Ukrayna kəşfiyyatı