Siqaret çəkənlər cərimələnəcək: 40, 50, 100 ...

15:56 - 20 Noyabr 2023 - CƏMİYYƏT

 Siqaret çəkənlər cərimələnəcək: 40, 50, 100 ...

Açıq havada və insanların sıx olduğu yerlərdə siqaret çəkmək qanunla qadağandır. Bu qadağanı pozan şəxsləri cərimə də gözləyir. 

Buta.tv-nin məlumatına görə, bu məsələ ilə bağlı təbliğat işləri aparılsa da hələ qanuna əməl etməyən vətəndaşlara rast gəlnir.  Siqareti çəkərək qaydanı pozan şəxslər hətta onun qalığını yerə atmaqdan da çəkinmirlər. Bu isə qaydaların kobud şəkildə pozulması deməkdir.  

İctimai yerlərdə tütün məhsullarından istifadə edərək digər vətəndaşları narahat etmək və siqaret kötüklərini yerə ataraq ətrafı zibilləməyə görə İnzibati Xətalar Məcəlləsində cərimələr nəzərdə tutulub.  

Belə ki, "Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş digər yerlərdə siqaret çəkməyə görə 30 manat məbləğində cərimə edilir. Eyni zamanda tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə olunur. 

Bu xəbər hal-hazırda çox oxunur
Kərə yağları ilə bağlı ŞOK: Dəhşətli FAKTLAR

Siqaret çəkilməsi qadağan edilən və cərimə nəzərədə tutulan digər yerlər isə bunlardır: 

Hava nəqliyyatında müəyyən edilməmiş yerlərdə - 100 manat 

Dəmir yolu nəqliyyatında müəyyən edilməmiş yerlərdə - 40 manat 

Vaqonlarda - 50 manat 

Dəniz və çay nəqliyyatında müəyyən edilməmiş yerlərdə - 40 manat 

Müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda - 40-50 manat


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol