Mərkəzi Bank tərəfindən bir sıra “interchange” tariflər üzrə yuxarı hədlərin müəyyənləşməsi sahibkarların xərclərinin azaldılması məqsədi daşıyır.
BUTA.TV xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
O bildirib ki, eyni zamanda burada əsas məqsədlərdən biri də, banklar tərəfindən təklif edilən xidmətlər üzrə xərclərin azaldılması və buna uyğun olaraq əlçatanlığın genişləndirilməsindən ibarətdir.
“Ona görə də hesab edirəm ki, bu istiqamətdə tariflərin azaldılması, eyni zamanda həmin sahibkarların, ərzaq və dərman satan obyektlərin xərclərinin azalmasına gətirib çıxaracaq. Gözləntilər ondan ibarətdir ki, xərclərin azalması həmin məhsulların daha ucuz qiymətə təklif edilməsinə səbəb ola bilər”, – deyə o, qeyd edib.
Qeyd edək ki, AMB "interchange" tariflərinin yuxarı-orta həddini müəyyən edib. Bu hədd orta hesabla 36% azaldılıb. Xüsusilə bu hədd həssas xidmət növləri olan ərzaq mağazaları, apteklər üzrə qəbul edilən ödənişlər üzrə 33%, yanacaq doldurma məntəqələrində 55%, digər proqramlar üzrə isə 22% azaldılıb.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər