Türkiyə ABŞ-dan heç bir şərt və məhdudiyyət olmadan F-16-ların alınmasına dair müraciətə baxılmasının tezliklə başa çatdırılmasını gözləyir.
BUTA.TV xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Biz dəfələrlə bəyan etmişik ki, Birləşmiş Ştatlar milli təhlükəsizliyimizə birbaşa təsir edən məsələlərlə bağlı öz yanlış mövqelərini düzəltmək üçün konkret addımlar atmalıdır. Bununla əlaqədar olaraq, biz bütün səviyyələrdə heç bir şərt və məhdudiyyət olmadan F-16-ların alınması və modernləşdirilməsi ilə bağlı müraciətimizə baxılmasının tezliklə başa çatdırılacağına ümid edirik”, - nazir bildirib.
Eyni zamanda, H.Fidan qeyd edib ki, Ankara qarşılıqlı maraq doğuran bir çox regional və qlobal məsələlərdə ABŞ ilə əməkdaşlığı davam etdirir.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası 2022-ci ilin iyulunda müdafiə büdcəsinə düzəlişi qəbul edib. Yeni sənəddə deyilir ki, Türkiyə Yunanıstan hava məkanını pozduğu müddətcə ABŞ administrasiyası yeni F-16 təyyarələri və onların modernləşdirilməsi üçün komponentləri Türkiyəyə satmağı qadağan edir.
- 44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir
- Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər
- İlham Əliyev Türkiyəni təbrik etdi
- Bakıdan PKK-nın ləğvi qərarına reaksiya
- Vəzifəli şəxslərin düşdüyü qəzanın – Təfərrüatı
- Tramp məqsədinə çatdı: ABŞ 130 milyard dollar qazanacaq...
- “Soyundurub videoya da çəkiblər”- Bakıda “bariqanı” oğurlayıb 3 gün işgəncə veriblər
- “Anarı öldürdülər, indi də nəvəmi rahat buraxmırlar” - VİDEO