ABŞ rəsmiləri İsrailin Qəzzada əməliyyatının hazırkı mərhələsinin yanvara qədər davam edəcəyini gözləyir.
BUTA.TV xəbər verir ki, bu barədə CNN amerikalı rəsmilərə istinadla məlumat yayıb.
İddia edilib ki, yanvarda HƏMAS yaraqlılarını və liderlərini hədəf alan daha az intensivli, hiperlokallaşdırılmış strategiya başlayacaq:
“ABŞ sərt şəkildə İsrailə xəbərdarlıq edib ki, ordu şimalda tətbiq etdiyi dağıdıcı taktikanı təkrarlaya bilməz və mülki itkiləri məhdudlaşdırmaq üçün daha çox işlər görməlidir. Bildirilib ki, minlərlə mülki şəxsin ölümünə səbəb olan quru əməliyyatına dünya ictimaiyyətinin getdikcə daha çox qarşı çıxması ilə əməliyyatı hazırkı formada davam etdirmək və hələ də beynəlxalq dəstəyi saxlamaq üçün vaxt sürətlə azalır”.
- Azərbaycanda kartlarla 1 milyonluq fırıldaqçılıq
- Azərbaycanı vurmağın asan yolu...
- İyulda Bakıda hava 27 gün normadan yuxarı olub...
- İlin son Günəş tutulması nə vaxt olacaq?
- Bakıda yük avtomobili yandı
- Məişət zorakılığı ilə bağlı bu qaydalar yeniləndi
- Məhkəmədən Kamran Əsədovla bağlı qərar...
- Agentlik sədri bu xanıma vəzifə verdi