Azərbaycanda vəziyyət sabitdir. Bizim daxili vəziyyətimiz xarici amillərdən asılı deyil. Əlbəttə, sərhədlərimizin hüdudlarından kənarda baş verən proseslər ciddi narahatlıq doğurur. Biz bunu hər zaman nəzərə almalıyıq.
BUTA.TV xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda danışıb.
Dövlət başçısı həmçinin deyib: “Daxili risklərə gəldikdə, elə bir ciddi risk və çağırışlarımız yoxdur. Ərazilərimizin və sərhədlərimizin düzgün müdafiə edilməsi üçün zəruri layihələr həyata keçiririk ki, hər hansı xarici risklərdən özümüzü sığortalayaq”.
- Ölkədə sürücüsüz avtomobillər - Qanunda dəyişiklilər olundu
- Bu avtobus marşrutları müsabiqəyə çıxarılır
- Azərbaycanda kartlarla 1 milyonluq fırıldaqçılıq
- Azərbaycanı vurmağın asan yolu...
- İyulda Bakıda hava 27 gün normadan yuxarı olub...
- İlin son Günəş tutulması nə vaxt olacaq?
- Bakıda yük avtomobili yandı
- Məişət zorakılığı ilə bağlı bu qaydalar yeniləndi