Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 07.12.2023-cü il tarixində yerli vaxtla saat 08:16-da Xəzər dənizində 68km dərinlikdə maqnitudası 5.6 olan zəlzələ qeydə alınıb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib. Qeyd olunub ki, zəlzələ Bakı şəhəri və ətraf ərazilərdə hiss olunub.
“Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - məlumatda vurğulanıb.
- Kartla ödənişi qohuma etdiyimizi - Bank necə müəyyənləşdirəcək?
- Bu məlumatlar vergi orqanına ötürüləcək - Yeni qərar
- Nazirlikdən Bakı Qızlar Universiteti ilə bağlı açıqlama
- Avtonom PUA-ların istismarına dair tələblər... - İzah
- “Səsiniz olaq” xidmətindən 1000-dək şəxs faydalanıb
- Bakıda bu avtobuslar da yenilənir: Gediş haqqı...
- Müəllim olmaq istəyənlərin nəzərinə!
- Nəriman Axundzadə Türkiyə klubuna keçir