“Tayfun” istəyirik, amma Almaniya imkan vermir – Gülər

16:56 - 11 Dekabr 2023 - GÜNDƏM

 “Tayfun” istəyirik, amma Almaniya imkan vermir – Gülər

İngiltərə və İspaniya Türkiyəyə “Tayfun” təyyarələrini satmağın əleyhinə deyillər, lakin Almaniya hələ də buna qarşıdır.

BUTA.TV xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.

“Tayfun” məsələsi yeni deyil, 2-3 ildir müzakirə olunur. “Tayfun” çox yaxşı alternativdir. Ehtiyacımız var və onları almaq istəyirik. İspaniya və İngiltərədən bununla bağlı heç bir problem yoxdur. Almaniya da tərəfdaşımız kimi birbaşa imtina etdiyini bildirmir. Müttəfiq müttəfiqə bunu deməz. Ümid edirəm ki, məsələ sonda öz həllini tapacaq”, - Gülər bildirib.

Onun sözlərinə görə, NATO daxilində Türkiyənin silah almasına etirazlar var:

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

“Almaniyanın səbəbləri fərqli görünür. Məsələn, onlardan harada istifadə edə biləcəyimizlə bağlı. Amma biz sizin tərəfdaşınız və müttəfiqinizik. Müdafiə sənayemiz o qədər inkişaf edib ki, bəlkə sabah sizə silah satarıq. Amma biz sizin kimi düşünməyəcəyik”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol