Hazırda Azərbaycanın gömrük postlarında 1 542 yük maşını gözləmədədir.
BUTA.TV xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bunun 250-si “Astara” gömrük postunda,50-si “Biləsuvar” gömrük postunda, 1 126-sı “Qırmızı Körpü” gömrük postunda, 55-i “Mazımqara” gömrük postunda, 61-si “Samur” gömrük postunda gözləyir, “Xanoba” gömrük postunda isə növbə yoxdur.
AYNA gömrük-keçid məntəqələrində yük maşınlarının sayı ilə bağlı daşıyıcıların davamlı məlumatlandırılması xidmətinə başlayıb. Bu da onlara səfərlərini planlayarkən gömrük postundakı mövcud vəziyyətə uyğun olaraq addım atmağa imkan yaradır.
“Qırmızı Körpü”də daha çox maşının gözləməsinə səbəb Rusiya və Gürcüstan arasındakı “Yuxarı Lars” gömrük-keçid məntəqəsində hava şəraiti ilə əlaqədar iritonnajlı və ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır. İki qonşu ölkə arasında keçməli olan bu yük maşınları hazırda Azərbaycan üzərindən hərəkətini davam etdirirlər.
Qeyd edək ki, bundan öncə yayılan rəsmi açıqlamada Azərbaycanın gömrük postlarında 1 840 yük maşınının gözləmədə olduğu açıqlanmışdı.
- ABŞ və İran bu gün danışıqlara başlayacaq - Tramp açıqladı
- İspaniya Mərakeş sərhədinə dənizdə baryer qurdu
- Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş...
- Səmada iki günəş göründü - Foto
- Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - Video
- Ombudsmandan beynəlxalq təşkilatlara çağırış...