Donald Tusk Polşanın yeni Baş naziri oldu. Nəhayət ki, Polşada savadsız rusofob və antisemit ultra-nasist dəstəsi hakimiyyəti tərk etdi.
BUTA.TV xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Tuskun qarşısında 5 vəzifə var:
1. AB ilə münasibətləri yaxşılaşdırmaq. Bu asandır.
2. Diri və ölü Kaçinskilərin yenidən hakimiyyətə qayıtmaması üçün uzun müddət hakimiyyətdə möhkəmlənmək. Çətindir.
3. Rusiya ilə münasibətləri yaxşılaşdırmaq. Demək olar ki, mümkün deyil.
4. Polşanın heç olmasa Rusiya ilə Qərb arasında müharibəni qızışdırmasına yol verməmək. Çətin, amma mümkündür.
5. Yüz minlərlə polyakın qatillərinin varisləri olan “bandera”nı dəstəkləməyi dayandırmaq”, - o bildirib.
Markov qeyd edib ki, Tusk Polşanın yeni, amma köhnə rəhbərlərindəndir:
“Polşa indi amerikalılara meyillidir. Tuskun rəhbərliyi altında isə Polşa amerikalılara, almanlara və Brüsselə meyillənəcək. Müstəqil Polşa budurmu?”
- Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş...
- Səmada iki günəş göründü - Foto
- Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - Video
- Ombudsmandan beynəlxalq təşkilatlara çağırış...
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - Foto
- “Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...