Bu gün biz həm təhlükəsizlik, həm də danışıqlar baxımından çətin vəziyyətdəyik, lakin sülh gündəmimizdən bir addım geri çəkilməyə haqqımız yoxdur.
BUTA.TV xəbər verir ki, bu sözləri hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Vaqarşak Akopyan mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, sülh sazişi Ermənistana təhlükəsizlik gətirəcək əsas şərtdir.
Azərbaycanın 32 əsiri geri qaytarması ilə bağlı jurnalistlərin sualını cavablandıran Akopyan bildirib ki, Ermənistan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP29) Tərəflərin Konfransının 29-cu sessiyasının Bakıda keçirilməsini dəstəkləməsini ilkin şərt saymaq olmaz:
“Bu, qarşılıqlı razılaşmanın nəticəsidir və mən özüm də bu addımı alqışlayıram. Hər iki ölkə qarşılıqlı anlaşmaya malikdir ki, sülhün alternativi yoxdur. Bu, son vaxtlar əldə etdiyimiz ən böyük nailiyyətlərdən biridir”.
- Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır