Qarabağda Azərbaycan Dəmir Yolları QSC tərəfindən iki layihə həyata keçirilir. Bunlardan biri olan Bərdə-Ağdam layihəsinin artıq böyük hissəsi tamamlanıb. Ağdam şəhərinə qədər dəmir yolu xətti çəkilib. İşlərin bütövlükdə 85 faizi icra olunub.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin sədri Rövşən Rüstəmov deyib.
O bildirib ki, qalan son işlər Təzəkənd, Köçərli və Bərdə stansiyaları ilə bağlıdır:
“Hazırda onların da tikintisi həyata keçirilir. Yaxın vaxtlarda tikinti işləri yekunlaşacaq. Ağdam avtovağzal və dəmir yolu komplekslərinin də tikintisinə başlanılması üçün layihə razılaşdırılma işləri həyata keçirilir. Horadiz-Ağbənd layihəsinin isə 45 faizi həyata keçirilib. Layihənin icrası sürətlə davam etdirilir. Layihənin tam yekunlaşdırılması 2025-ci il üçün nəzərdə tutulub. Hazırda 72 ci kilometrə qədər dəmiryolu xətti çəkilib”.
- Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş...
- Səmada iki günəş göründü - Foto
- Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - Video
- Ombudsmandan beynəlxalq təşkilatlara çağırış...
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - Foto
- “Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...