“Traktor” yenidən cəzalandırıldı

15:40 - 12 Dekabr 2023 - GÜNDƏM

 “Traktor” yenidən cəzalandırıldı

İran Futbol Federasiyası Təbrizin “Traktor” klubunu növbəti dəfə cəzalandırıb.

BUTA.TV xəbər verir ki, bu barədə klubun media hesabında məlumat yayılıb.

Təbriz komandasının tərəfdarlarının bundan əvvəl stadionda idmana aidiyyəti olmayan şüarlar səsləndirmələrinə görə Premyer Liqanın 13-cü həftəsində “Traktor” və Tehranın “Peykan” komandaları arasında Təbrizdə keçiriləcək görüş tamaşaçısız baş tutacaq.

Bu, son 1 ay ərzində Təbriz komandasına qarşı ikinci cəza tədbiridir.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Noyabrın 25-də “Traktor” komandasının azarkeşləri Xuzistanın “Fulad” komandası ilə keçirilən görüşdə milli şüarlar səsləndirdikləri üçün Azərbaycan komandası 100 milyon tümən cərimə edilmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol