Moskvadan Bakı və İrəvana: Buna hazırıq!

20:54 - 12 Dekabr 2023 - GÜNDƏM

 Moskvadan Bakı və İrəvana: Buna hazırıq!

Rusiya hər zaman Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə hazırdır və ümid edir ki, Bakı və İrəvan müvafiq təklifin aktuallığını nəzərə alacaqlar.

BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Nazir müavini qeyd edib ki, Moskvada sülh danışıqlarının aparılmasına dair təkliflər Ermənistan və Azərbaycandan olan tərəfdaşlar üçün açıqdır.

O əlavə edib ki, AB-nin Ermənistandakı mülki müşahidə missiyasının genişləndirilməsi sülh nizamlanmasına kömək etməyəcək və yalnız Cənubi Qafqazda gərginliyi artıracaq.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

M.Qaluzinin sözlərinə görə, AB-nin Cənubi Qafqaz siyasəti yalnız Rusiyanı regiondan sıxışdırıb çıxarmağa yönəlib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol