Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək.
Dekabrın 13-dən 14-nə keçən gecə Abşeron yarımadasının əsasən şimalında qısamüddətə yağışın sulu qarla qarışıq yağma ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 80-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
- Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır