Bakıda qadın gölməçədə öldü - Video

14:44 - 13 Dekabr 2023 - GÜNDƏM

 Bakıda qadın gölməçədə öldü - Video

Ötən gündən etibarən paytaxta yağan intensiv yağış bədbəxt hadisəyə səbəb olub.

BUTA.TV Baku TV-yə istinadən xəbər verir ki, gün ərzində yağan intensiv yağış səbəbindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin qarşısındakı kanalizasiya xətti daşıb.

Nəticədə ərazidə böyük gölməçə meydana gəlib.

Hadisə şahidlərinin sözlərinə görə, yaranan vəziyyətdən narahatlıq duyan 79 yaşlı qadın küçəyə çıxarkən ürəyi tutub və gölməçənin içərisinə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, qadının həyatını xilas etmək mümkün olmayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol