Ermənistan “Ukrayna ssenarisi” ilə üzləşə bilər - Fenenko

17:26 - 13 Dekabr 2023 - GÜNDƏM

 Ermənistan “Ukrayna ssenarisi” ilə üzləşə bilər - Fenenko

Əminəm ki, amerikalılar yenidən ermənilərə söz veriblər ki, onların Qarabağla bağlı narahatlıqlarını nəzərə alıb, bəzi şərtlər üzrə danışıqlarda nəyəsə kömək edib, haradasa Türkiyəyə təzyiq göstərməyə kömək edəcəklər. Ermənilər isə ənənəvi olaraq bunu dəstək kimi yozublar, guya ermənilər Rusiyadan uzaqda olsalar, amerikalılar Qarabağdan nəsə qaytarmağa kömək edəcəklər.

BUTA.TV xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko deyib.

“Əslində isə heç kim onlara heç nə qaytarmayacaq və heç kim heç nə etməyəcək. ABŞ üçün Ermənistan çox uzaqda, qitənin dərinliyində, perspektivsiz və Türkiyə ilə münaqişə yaradacaq qədər çox təhlükəlidir. Amerikalılar Rusiya və Türkiyə ilə gərginlik yaratmaq üçün Ermənistanla oynaya bilərlər. Amma sonda orada açıq-aşkar antirusiya qüvvələr hakimiyyətə gəlsə, Ermənistan da Ukrayna hadisələrinə bənzər bir ssenari ilə üzləşə bilər. Amma o zaman Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə hərbi münaqişəsi olacaq ki, bu da onun üçün milli fəlakətlə nəticələnər”, - o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol