İsrail Müdafiə Qüvvələrinin daha iki hərbçisi Qəzza zolağında həyata keçirilən quru əməliyyatlarında həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Məlumata görə, bunlardan biri "Qolani" briqadasının qərargah rəisi, 44 yaşlı polkovnik İshak Ben-Basat olub.
İshak Ben-Basatın İsrail ordusunun Qəzza zolağında həlak olan dördüncü polkovniki olduğu qeyd edilib.
Həlak olan digər hərbçi isə "Qolani" briqadasının 51-ci batalyonunun 19 yaşlı çavuşu Oren Alonidir.
Bununla, 7 oktyabrdan etibarən həlak olan İsrail hərbçilərinin sayı 444 nəfərə çatıb.
- Bu yerlərdə mənzillərin kvadratı 7 min oldu - Video
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş...
- Səmada iki günəş göründü - Foto
- Bu 3 ölkə İrana qarşı döyüşməkdən imtina etdi - XİN rəsmisi açıqladı
- Başına 5 milyon dollar qoyulan “Ponço” belə həbs edildi - Video
- Ombudsmandan beynəlxalq təşkilatlara çağırış...
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - Foto
- “Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...