Evdə tək qalan 3 yaşlı uşaq belə xilas edildi - Video

11:02 - 14 Dekabr 2023 - GÜNDƏM

 Evdə tək qalan 3 yaşlı uşaq belə xilas edildi - Video

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında bir nəfər azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-nin Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, qapının kilidlənməsi nəticəsində onyeddimərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə tək qalan azyaşlının - 2020-ci il təvəllüdlü M.Abbasovun köməyə ehtiyacı yaranıb.

Xilasedicilər xüsusi alpinist ləvazimatlarından istifadə etməklə mənzilə pəncərədən daxil olub və azyaşlını xilas edərək yaxınlarına təhvil veriblər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol