İntensiv yağış: bu əraziləri su basdı - Video

17:06 - 14 Dekabr 2023 - GÜNDƏM

 İntensiv yağış: bu əraziləri su basdı - Video

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Xaçmaz rayonunun İstisu və Şimal qəsəbələrinin ərazilərində bir sıra fərdi yaşayış evləri və ictimai iaşə obyektlərinin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.

FHN-in Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, bununla əlaqədar əraziyə FHN-in Şimal Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidməti Xaçmaz Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hazırda Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilir.

Bu xəbər hal-hazırda çox oxunur
İlham Əliyev Piterə gələ bilər - Peskov

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol