Yaponiya Ermənistan şirkətinə sanksiya tətbiq etdi

11:12 - 15 Dekabr 2023 - GÜNDƏM

 Yaponiya Ermənistan şirkətinə sanksiya tətbiq etdi

Yaponiya Rusiyaya yeni sanksiyalar paketini, o cümlədən 57 şirkət üçün ixrac məhdudiyyətlərini qəbul edib.

BUTA.TV xəbər verir ki, bu barədə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

“Gələn ilin əvvəlindən qeyri-sənaye məqsədləri üçün almazların idxalı qadağan ediləcək. İxrac məhdudiyyətlərinə məruz qalan şirkətlərin siyahısına sənaye, aviasiya, müdafiə, gəmiqayırma və tədqiqat müəssisələri daxildir”, - məlumatda deyilir.

Qeyd olunur ki, Yaponiya Rusiyaya məhdudiyyətləri aşmağa kömək edən xarici şirkətlərə qarşı da sanksiyalar tətbiq edir:

“BƏƏ-dən iki, Ermənistandan bir, Suriyadan bir və Özbəkistandan iki şirkətə sanksiyalar tətbiq edilir”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol