Sosial şəbəkələrdə və saytlarda Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov barəsində təhqiramiz ifadələr işlədən və müxtəlif iddialar irəli sürən Bərdə şəhər sakini, 1984-cü il təvəllüdlü Xəyyam Salmanzadə həbs edilib.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, məhkəmə icra başçısının X.Salmanzadə barəsindəki böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasındakı şikayətinə baxıb. Ağdam Rayon Məhkəməsinin çıxardığı hökmlə o, 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, xeyli vaxtdır X.Salmanzadə Ağdamın icra başçısı ilə bağlı müxtəlif iddia və məlumatlar paylaşır. O, icra başçısının məmura cinsi azlıq deməsini, Polad Həşimovun şəhid olduğu gün spirtli içkinin təsiri altında hərəkətlər etməsini və sair iddia edib.
- Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır