Rusiya FTX-nin Ermənistan üzrə Sərhəd Xidmətinin şəxsi heyəti arasında itki yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya FTX-nin Sərhəd Xidməti məlumat yayıb.
“Avadanlıqlara da ziyan dəyməyib”, - deyə qurum Zəngəzurda (Sünikdə) yanan yük maşınının FTX Sərhəd Xidmətinə aid olduğunu inkar edib.
Qeyd edək ki, bundan əvvəl Zəngəzur (Sünik) rayonunda Rusiyaya məxsus “KamAZ”ın yanması barədə məlumat yayılmışdı.
Yük maşınının dəqiq kimə məxsus olması qeyri-müəyyən olaraq qalır. Bəzi mənbələr “KamAZ”ın Rusiya sülhməramlı qüvvələrinə məxsus olduğunu və ona silah yükləndiyini bildirir. Digər mənbə isə hadisə nəticəsində bir sərhədçinin xəstəxanaya yerləşdirildiyini qeyd edir.
Ermənistan Fövqəladə Hallar Nazirliyindəki mənbənin verdiyi məlumata görə isə yük maşını 102-ci bazaya məxsusdur.
- Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır