İranda 12 polis öldürüldü, əməliyyat başladı

15:10 - 15 Dekabr 2023 - GÜNDƏM

 İranda 12 polis öldürüldü, əməliyyat başladı

Bu gün səhər saat 02-də Rask şəhərinin polis bölməsinə silahlı hücumdan sonra İran ordusu və SEPAH bölmələri bölgədə geniş əməliyyatlara başlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Bildirilib ki, Pakistanla sərhəddə başlayan əməliyyata helikopterlər də cəlb olunub.

Hazırda Rask, İranşəhr və Sərbaz şəhərləri və ətraf bölgələrində kəşfiyyat PUA-ları və helikopterlərin intensiv uçuşu müşahidə edilir.

Qeyd edək ki, Rask şəhərinin polis bölməsinə hücum nəticəsində 12 polis əməkdaşı öldürülüb, 7 polis yaralanıb. Hücumun məsuliyyətini bəlucların silahlı "Ceyşül Ədl" qruplaşması öz üzərinə götürüb. Silahlı qruplaşmanın 2 üzvü öldürülüb, biri həbs edilib, biri isə qaçıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol