İrəvanda qəza: Avtobus 10 avtomobillə toqquşdu

17:12 - 15 Dekabr 2023 - GÜNDƏM

 İrəvanda qəza: Avtobus 10 avtomobillə toqquşdu

İrəvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

BUTA.TV erməni mətbuatına istinadla xəbər verir ki, bu gün günorta saatlarında İrəvan meriyasının balansında olan sərnişin avtobusu “Toyota Land Kruzer”, “Toyota Kamri”, “Suzuki”, “Nissan Tida”, BMV, “Nissan Marş”, “Toyota”, “Şevrolet”, “Nissan” və “Hunday” markalı avtomobillərlə toqquşub.

Qəza nəticəsində yaralanan avtobus sürücüsü ətrafdakılar və təcili tibbi yardım xidmətinin köməyi ilə xəstəxanaya çatdırılıb.

İrəvan polisinin məlumatına görə, qəzaya səbəb avtobus sürücüsünün səhhətinin qəfil pisləşməsi olub.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol