Hörmətli gürcü xalqı, biz diz çökmədik, ləyaqətlə qalib gəldik. Avropa İttifaqına namizəd statusunu layiqincə qazandıq. Bu tarixi qələbə Sizə məxsusdur, bizim yenilməz, sarsılmaz, qürurlu və azad gürcü xalqına.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Azadlıq Meydanında ölkəsinin Avropa İttifaqına namizəd statusunun əldə etməsi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.
Baş nazir qeyd edib ki, hökumət və xalq Aİ-yə namizəd statusunu layiqincə qazanıb:
“Namizəd olmağınız münasibətilə təbrik edirik! Mübarizə etdik, çox çalışdıq və birlikdə qalib gəldik. Biz bu qələbəyə layiqik. Gürcü xalqı adından çalışdıq, vuruşduq və birlikdə bu qələbəni qazandıq".
Onun sözlərinə görə, indi Gürcüstan daha böyük qələbəyə, ölkənin birləşməsinə hazırlaşmalıdır:
“Bu yol asan olmayıb, çox sınaqlardan keçmişik, çox çətinliklərlə üzləşmişik, lakin biz bu yolu ləyaqətlə, qətiyyətlə addımlamışıq və bugünkü vəziyyətə gəlmişik. Bu gündən Gürcüstan Avropa ölkəsinə çevrildi".
- Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır