Xəbər verdiyimiz kimi, bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakini Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Hadisə nəticəsində Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov ciddi bədən xəsarətləri alıb.
BUTA.TV Bizim.Media-ya istinadən xəbər verir ki, ağır xəsarətlər alan Elxan Səmədov əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılır.
Qeyd edək ki, PFL prezidentinə sağ baldırın yuxarı üçdə birinin böyük ölçülü açıq qəlpəli yerdəyişmiş sınığı, sağ dirsək oynağının oynaqdaxili sınığı diaqnozu qoyulub. Hadisə nəticəsində, ümumilikdə, altı nəfər xəsarət alıb.
- SSRİ bayrağına görə həbs olunanlardan biri Elçin Bayramlı imiş - Foto
- “Güllü”nün qızına ömürlük həbs tələbi - Anasını balkondan o atıbmış...
- Xalq artistinə ağır itki - Foto
- “44”ün ilk treyleri yayımlandı - Video
- Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım...
- Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
- Hacıqabulda ağır qəza: ölən var
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi