İsrail hərbçiləri Livandakı Hizbullah təşkilatının obyektlərinə yeni aviazərbələr endiriblər.
BUTA.TV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
"Hərbi Hava Qüvvələrinin qırıcıları bu yaxınlarda Hizbullah terror təşkilatının bir sıra hədəflərinə, o cümlədən hərbi binalara və terror infrastrukturuna hücum etdilər", - məlumatda qeyd edilib.
Bundan başqa, son bir neçə saat ərzində Livan tərəfindən İsrail istiqamətində bir neçə mərmi atılıb. Buna cavab olaraq İsrail artilleriyası Livan ərazisinə zərbələr endirib.
- “44”ün ilk treyleri yayımlandı - Video
- Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım...
- Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
- Hacıqabulda ağır qəza: ölən var
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib