Rusiyaya qarşı qeyri-qanuni planın bütün hərəkətləri müvafiq cavabını alır. Əvvəl də belə olub, indi də belə olacaq.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa Birliyinin 12-ci antirusiya sanksiyalar paketinin mümkün təsdiqini şərh edərkən deyib.
“Biz ənənəvi olaraq cavab veririk. Siz də yaxşı bilirsiniz ki, ölkəmizə qarşı qanunsuz plan üzrə atılan bütün tədbirlərə, hərəkətlərə və addımlara müvafiq cavab verilir, idarələrarası formatda işlənir, müvafiq qərarlar qəbul edilir, sonra təsdiqlənir və həyata keçirilir", - o vurğulayıb.
Qeyd edək ki, ötən gün Avropa Birliyi (AB) ölkələri Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlib.
- “44”ün ilk treyleri yayımlandı - Video
- Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım...
- Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
- Hacıqabulda ağır qəza: ölən var
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib