Paşinyanın yeni imici - Foto

23:08 - 16 Dekabr 2023 - GÜNDƏM

 Paşinyanın yeni imici - Foto

Ermənistanın Baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan rəssam Karen Ohanyanın "Kommunizmin Ölümünün Kabusları" sərgisinə baxmaq üçün Gümrüdəki Sergey Merkurovun ev-muzeyini ziyarət ediblər.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, baş nazirin bu dəfə imicinə dəyişiklik etməsi sosial media seqmentində maraqla qarşılanıb. Belə ki, izləyicilərin diqqəti sərgidəki tablolara deyil, baş nazirin başına qoyduğu kepkaya fokuslanıb.

Qeyd edək ki, kepka taxmaq arxayınlıq, özünəgüvən əlamətidir.

Sərginin adı da rəmzidir: "Kommunizmin Ölümünün Kabusları". Yəni bu, Ermənistanda komnizm meyillərinin məhv olmasına bir işarədir və Moskvaya mesajdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol