Moldovanın yeni milli təhlükəsizlik strategiyası ABŞ-ı əsas müttəfiq elan etməklə, faktiki olaraq ölkənin neytrallıqdan əl çəkməsinə və NATO-nun təhlükəsizlik sisteminə qoşulmasına gətirib çıxarır.
BUTA.TV xəbər verir ki, bunu moldovalı politoloq Aleksandr Korinenko bildirib.
"Prezident Rusiyanı bizim əsas düşmənimiz, ABŞ-ı isə əsas müttəfiqimiz elan edən yeni milli təhlükəsizlik strategiyası təklif etdi. Yenə də hibrid müharibə sualı ortaya çıxır. Və belə çıxır ki, milli təhlükəsizlik strategiyası ilə oynayacağımız tərəfi seçmişik. Eyni zamanda konstitusiyamızda yazılan bitərəfliyə tamamilə tüpürmüşük", - politoloq vurğulayıb.
Qeyd edək ki, Moldova Prezidenti Maya Sandu oktyabrda Ali Təhlükəsizlik Şurasını çağırıb və milli təhlükəsizlik strategiyasını təqdim edib. O, respublikanın müdafiəsinə ayrılan xərclərin artırılmasının, həmçinin ABŞ ilə strateji tərəfdaşlığın respublikanın milli təhlükəsizlik strategiyasının əsas aspektinə çevriləcəyini bəyan edib.
- “44”ün ilk treyleri yayımlandı - Video
- Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım...
- Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
- Hacıqabulda ağır qəza: ölən var
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib