Kəlbəcərdə yük maşını aşdı: ölən var

16:38 - 17 Dekabr 2023 - GÜNDƏM

 Kəlbəcərdə yük maşını aşdı: ölən var

Kəlbəcərdə ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan BUTA.TV-a bildirlib ki, bu gün Kəlbəcər Rayon Polis Şöbəsinə rayonun Qamışlı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib.

İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini S.Rəhimov idarə etdiyi "Man" markalı yük avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək çay yatağına aşıb. Sürücü hadisə yerində ölüb.

Bu xəbər hal-hazırda çox oxunur
Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Faktla bağlı araşdırmalar davam etdirilir


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol