Rusiya açıqladı: Müqaviləni uzatmaqda maraqlı deyilik!

20:08 - 17 Dekabr 2023 - GÜNDƏM

 Rusiya açıqladı: Müqaviləni uzatmaqda maraqlı deyilik!

Rusiya taxıl müqaviləsinin uzadılmasında maraqlı deyil, sövdələşmənin ləğvini nəzərə alsaq belə, taxıl ixracının həcmi azalmayıb, əksinə bir qədər artıb.

BUTA.TV verir ki, bunu Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev deyib.

O bildirib ki, cari kənd təsərrüfatı ilində, dekabrın ortalarına qədər 30 milyon tondan çox məhsul ixrac edilib:

"Bu, ötən ilin eyni tarixi ilə müqayisədə çoxdur".

Patruşev həmçinin vurğulayıb ki, Rusiyanın taxıl müqaviləsini bərpa etməkdə maraqlı olmaması əsasən siyasi qərardır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol