İsrail terror törədir - Roma Papası

23:28 - 17 Dekabr 2023 - GÜNDƏM

 İsrail terror törədir - Roma Papası

Roma Papası Fransisk Təl-Əvivin Qəzzada terror taktikalarından istifadə etdiyinə, o cümlədən İsrail hərbçilərinin kilsə binasına sığınan iki xristian qadını öldürməsi xəbərindən təəssüfləndiyini bildirib.

BUTA.TV xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

"Qəzzadan çox ciddi və ağrılı xəbərlər almağa davam edirəm. Silahsız mülki şəxslər bomba və atışmaların hədəfindədir. Bu, hətta terrorçuların olmadığı, ailələrin, uşaqların, xəstələrin, əlillərin, rahibələrin olduğu kilsə kompleksində baş verib. Bəziləri deyəcək: "Bu, müharibədir, bu terrorizmdir". Bəli, bu müharibədir. Bu terrorizmdir",- o bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol