Zakarpatya vilayətinin məhkəməsi dekabrın 15-də Keretskovski kənd şurasının iclası zamanı üç qumbara partladan yerli deputat Sergey Batrinin barəsində həbs qətimkan tədbiri seçib.
BUTA.TV xəbər verir ki, bu barədə Ujqorod rayon məhkəməsinin səhifəsində deyilir.
“Keretskov kənd sovetinin hazırkı deputatı olan 54 yaşlı Ukrayna vətəndaşı barəsində girov imkanı olmadan həbs qətimkan tədbiri seçilib”, - deyə bildirilib.
Məhkəmə qeyd edib ki, deputat və vəkilləri prokurorun şübhəlinin həbs olunması ilə bağlı vəsatətinə etiraz etməyiblər.
Qeyd edək ki, dekabrın 15-də adıçəkilən deputat Kereçkov kənd şurasının iclasının keçirildiyi zala daxil olaraq özü ilə gətirdi 3 qumbaranı partladıb.
Hadisə nəticəsində deputat da daxil olmaqla, 26 nəfər yaralanıb.
- Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər
- İlham Əliyev Piterə gələ bilər - Peskov
- Vardanyanın saxlanma şəraiti ilk dəfə göstərildi - Video
- Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video
- Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?
- Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
- Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video