Bakı-Sumqayıt yolunda ictimai nəqliyyatın axınını yaxşılaşdırmaq məqsədilə salınan avtobus zolağına qanunsuz daxil olan digər nəqliyyat vasitələri üçün cəza tədbirləri sərtləşdiriləcək.
BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu gün keçirilən Azərbaycanda Mobilliyin Transformasiyası Proqramının təqdimatında çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, bu istiqamətdə aidiyyəti qurumlarla danışıqlar aparılır:
“Bir sıra yeni nəzarət mexanizmi və müasir nəzarət cihazları tətbiq edilə bilər. Lakin bu məsələ hələ danışıqlar ərəfəsindədir, yekun razılıq alındıqdan sonra bu barədə ictimaiyyətə məlumat veriləcək.
Hazırkı vəziyyətdə avtobus zolağına qanunsuz daxil olan nəqliyyat vasitələri qanunla 40 manat məbləğində cərimə olunur. Ola bilər ki, bu cərimə məbləği bəzi sürücülər üçün o qədər də böyük rəqəm deyil. Lakin biz bu problemin həlli üçün daha ağır cəza tədbirlərinin tətbiqini həyata keçirəcəyik”.
- Leyla Əliyevadan qardaşının doğum günü ilə bağlı paylaşım...
- Leyla Əliyeva qardaşını bu şəkillərlə təbrik etdi - Fotolar
- Hacıqabulda ağır qəza: ölən var
- Paylaşımlarına görə - Psixiatriya xəstəxanasına göndərildi
- Daha bir tiktoker həbs edildi
- Naxçıvanın bəzi əraziləri işıqsız qalacaq
- Yenidən Ermənistanın Baş naziri oldu - Yenilənib
- Xocavənddə ANAMA əməkdaşı minaya düşdü