Bu universitetlər akkreditasiyadan keçə bilmədi

14:36 - 20 Dekabr 2023 - GÜNDƏM

 Bu universitetlər akkreditasiyadan keçə bilmədi

Bu il 13 universitetdə - AzTU, BDU, ADPU, AzMİU, ATU, BMU, ADA, LDU, SDU, Xəzər Universiteti, BDU-nun Qazax filialı, UNEC-in Zaqatala filialında akkreditasiya olub.

BUTA.TV xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, bu günə kimi 7 universitet - AzTU, BDU, UNEC, ADPU, AzMİU, Xəzər Universiteti və LDU akkreditasiyadan keçib:

“Digər 3 universitet - SDU, UNEC-in Zaqatala filialı və BDU-nun Qazax filialı akkreditasiyadan keçə bilməyib. Bu univerisitetlər 2024-cü ildə təkrar yoxlanılacaq. Siyahıda olan ADA, ATU və BMU-da isə akkreditasiya prosesi davam edir və gələn həftə yekunlaşacaq”.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol