Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin və Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç arasında görüş keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Görüş zamanı işğal olunmuş Fələstin ərazilərində, ilk növbədə Qəzza zolağında artan zorakılıq fonunda Təhlükəsizlik Şurasında və BMT Baş Assambleyasında Yaxın Şərq problemlərinə dair müzakirə olunan məsələlərə ətraflı şəkildə toxunulub. Hər iki tərəf dərhal və genişmiqyaslı atəşkəs yolu ilə qan tökülməsinin dayandırılmasının vacibliyini vurğulayıb. Bundan əlavə, qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi kontekstində kənd təsərrüfatı məhsullarının və gübrələrin, o cümlədən Rusiyadan dünya bazarlarına maneəsiz tədarükü mövzusu nəzərdən keçirilib. Rusiya taxıl gübrələrinin ən kasıb ölkələrə pulsuz daşınması mövzusu da müzakirə olunub”, - məlumatda deyilir.
- MN həftəlik icmalını təqdim etdi - Video
- Kəlbəcərdə dərədə köməksiz qalan kişi xilas edildi
- Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş
- Abşeron çimərliklərində gözlənilən hava şəraiti
- Sabahın hava proqnozu açıqlandı
- Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi