AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
BUTA.TV xəbər verir ki, iclasda Premyer Liqanın XVII turunda qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verilib.
“Kəpəz”lə oyunun 26-cı dəqiqəsində, həmçinin matç bitdikdən sonra “Sumqayıt” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 1500 manat cərimə edilib.
“Səbail”lə görüşdə təcavüzkar davranışa - rəqibə zərbə endirdiyinə görə birbaşa qırmızı vərəqə alan “Qəbələ”nin futbolçusu Samuel Tette ikisi şərti olmaqla 4 oyun cəzalanıb. Qanalı hücumçu bölgə təmsilçisini 3000 manat ziyana salıb.
“Araz-Naxçıvan”la oyunda 4 futbolçusu sarı vərəqə görən “Sabah” klubu 700 manat cərimələnib.
“Qarabağ”-“Neftçi” matçında hər iki komandanın azarkeşləri tərəfindən rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə klublar ayrılıqda 1000 manat cərimə ödəyəcəklər.
- Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video
- Azərbaycan şirkətləri Monteneqroda 1 milyard dollar investisiya qoyub
- Kadırov elə bir dəhşətli döyüş kadrı yaydı ki... - Video
- Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması... - Video
- Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək
- Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert
- Rusiyada 3 azərbaycanlı barədə qərar verildi
- Böyük Britaniya Çingiz Əliyevə sanksiyalar tətbiq etdi