Ukrayna ordusunda kəskin sursat və pilotsuz təyyarələrin çatışmazlığı yaşanır.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenko deyib.
"Bu səhər cəbhədən qayıtdım. Mərmilər çatışmır. Bizim hərbçilər belə deyir. Hava hücumundan müdafiə sistemləri də çatışmır", - eks-prezident vurğulayıb.
O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələrində də dron çatışmazlığı var, baxmayaraq ki, ordunun xüsusi anbarlarında on minlərlə dron var:
"Bu, cəzasını tələb edən cinayətdir".
Qeyd edək ki, daha öncə Ukrayna Prezidenti Vladimir Zelenski mərmi çatışmazlığının olduğunu bildirib.
Onun sözlərinə görə, ABŞ və Avropa Birliyi tələb olunan həcmdə silah tədarükünü bərpa etməsə, Ukrayna Silahlı Qüvvələri geri çəkilməyə başlayacaq.
- Sabahın hava proqnozu açıqlandı
- Paşinyan istefa verdi - Yeni hökumət formalaşdırılır
- Kartdan-karta köçürmələrə limit qoyuldu
- İkram Kərimov vəfat etdi
- Oğlunun şəhid olduğu gün vəfat etdi - Foto
- Yeni yaradılan ictimai çimərliklərdə nələr olacaq? - Video
- Dünyanın ən gözəl sözü seçildi
- Azyaşlı futbolçu faciəvi şəkildə öldü