Millimiz Niderlanda məğlub oldu

23:46 - 20 Dekabr 2023 - GÜNDƏM

 Millimiz Niderlanda məğlub oldu

Futzal üzrə Azərbaycan millisi DÇ-2024-ün elit mərhələsində son oyununu keçirib.

BUTA.TV-ın məlumatına görə, A qrupunda yer alan Vitali Borisovun kollektivi Niderlandla qarşılaşıb.

Almere şəhərində yerləşən “Topsportsentrum Arena”da baş tutan görüş meydan sahiblərinin qalibiyyəti ilə yekunlaşıb. 3:0 hesablı qələbə qazanan Niderland seçməsi 9 xalla qrupu ikinci pillədə başa vurub və pley-offa vəsiqə əldə edib.

Yığmamız isə hesabındakı 4 xalla sonuncu yeri tutub.

Bu xəbər hal-hazırda çox oxunur
Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

Qrupun digər matçında Qazaxıstan səfərdə Rumıniyanı 2:0 hesabı ilə məğlub edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol